A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE) “CIMA - İnkişaf etməkdə olan Liderlər Müsabiqəsi 2020"yə qoşulub.

Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizovun rəhbərliyi ilə müsabiqədə universitet üzrə 6 komanda təmsil olunacaq.

Komandalar arasında keçiriləcək yarışmanın birinci mərhələsinin 7-11 sentyabr, quiz mərhələsinin 18 sentyabr, ikinci mərhələnin 5-9 oktyabr və final mərhələsinin isə oktyabr (15.10.2020) və noyabr aylarında (19.11.2020) Polşanın paytaxtı Varşava şəhərində keçirilməsi nəzərdə tutulub.

Yarışmada komandalarımıza Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimləri tərəfindən mentorluq dəstəyi göstəriləcək. Aqil Əzizovun rəhbərliyi ilə mentorlar hər üç mərhələdə komandalarımızı  yarışmaya hazırlayacaqlar.

Bu il keçiriləcək "CIMA- İnkişaf etməkdə olan Liderlər Müsabiqəsi 2020" müsabiqəsində dünyanın 7 ölkəsindən 21 universitetin təmsil olunduğu 96 komanda yarışacaq.

Qeyd: CIMA (Sertifikatlı İdarəetmə Mühasibləri İnstitutu) dünyanın ən böyük və aparıcı idarəetmə mühasiblərinin peşəkar təşkilatıdır. CIMA, iş dünyasının tələb etdiyi kritik bilik və bacarıqları inkişaf etdirməyə kömək edən və bütün dünyada böyük və ya kiçik biznes sahələrində, dövlət və ya özəl sektorda fəaliyyət göstərmək üçün lazımi keyfiyyətləri formalaşdıran təşkilatdır.

TOP XƏBƏRLƏR