A

Təklif etdiyi təhsil proqramları ilə bir dünya markasına çevrilən UNEC brendi dünya təhsil məkanında mövqeyini gücləndirməkdə davam edir.

Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC brendi dünyanın ən böyük dövlətlərindən olan Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidmətləri (ROSPATENT) tərəfindən də tanındı.

Əhatə dairəsini gündən-günə genişləndirən UNEC daha öncə Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya, Türkiyə və Estoniyada qeydiyyatdan keçmişdir.

Artıq 9 ölkədə tanınan UNEC brendinin digər xarici ölkələrdə də qorunma altına alınması gözlənilir.

TOP XƏBƏRLƏR