UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin beynəlxalq təhlükəsizlik və diplomatiya üzrə mütəxəssisi Aysel Musayeva Böyük Britaniyanın “A News” kanalına Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktından və hərbi cinayətlərdən danışıb.

UNEC əməkdaşı Ermənistan silahlı birləşmələrinin beynəlxalq humanitar hüquq, Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını qəsdən pozduğunu diqqətə çatdırıb. Müharibə zonasından kənarda yerləşən Gəncə, Ağdam, Tərtər və Mingəçevir şəhərlərində törətdikləri terror aktları barədə məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay