A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi rəşadətli ordumuzun torpaqlarımızın işğaldan azad etməsi uğrunda Ermənistanın hərbi təxribatına qarşı əks-hücum əməliyyatını böyük ruh yüksəkliyi ilə izləyərək, torpaqlarımızın günbəgün azad olunmasından qürur duyur.

UNEC kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq vəsait köçürməsi aksiyasını davam etdirir. Davam edən aksiyada UNEC kollektivi  Silahlı Qüvvələrə Yardım Fonduna  artıq 171 min 125 manat köçürüb.

UNEC kollektivi Ali Baş Komandanın rəhbərliyi altında tariximizdə şanlı səhifə yazan, qürur mənbəyimiz olan qüdrətli Ordumuza yeni-yeni zəfərlər arzulayır.

TOP XƏBƏRLƏR