A

Yanvarın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) KİV nümayəndələri qış imtahan sessiyasının gedişinə nəzarət ediblər.

“Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən tədbirdə nüfuzlu mətbuat orqanlarından iyirmidən çox jurnalist iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilən görüşdə Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov “ictimai nəzarətçi”ləri imtahan prosesinin gedişi, nəzarət təlimatları ilə tanış edib. Bildirib ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir. İmtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günləri təşkil edilir. Bundan başqa, bütün tədris binalarında imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə qərargahlar yaradılıb. Həmçinin universitetin “Qaynar xətt” (146-1-3) xidməti də müraciətləri operativ şəkildə araşdırır. Sonra “ictimai nəzarətçi”lər UNEC-in bütün tədris binalarında keçirilən imtahanlara nəzarət ediblər.

İmtahanlardan sonra jurnalistlər UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektor UNEC-də aparılan islahatlar, universitetin hədəfləri və iş prosesində qarşıya çıxan problemlərdən danışıb. Tələbələrin dərsə davamiyyətinə toxunan rektor bildirib ki, yeni tədris ilində tələbələrin dərsə davamiyyəti barmaq izi ilə yoxlanılacaq. Bununla da tələbələrin dərsə gəlib-gəlməməsini yoxlamağa həsr edilən vaxt dərsə ayrılacaq. Rektor, həmçinin universitetdə eyni ixtisas üzrə fəaliyyət göstərən 10 kafedranın birləşdirilərək 4 kafedra ilə əvəz olunduğunu qeyd edib. Ə.Muradov universitetin “UNEC“ əmtəə nişanının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçdiyini və universitetin patenti olaraq təsdiqləndiyini vurğulayıb. Bildirib ki, UNEC dünyanın bütün dillərində Azərbaycan Dövlət İqtisad Universitetinin əmtəə nişanı kimi tanınacaq.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR