A

UNEC-də imtahan sessiyası dövründə hər həftənin şənbə günü, saat 11:00-da rektor professor Ədalət Muradov və İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə onlayn “Açıq qapı” günləri keçiriləcək.

“Açıq qapı”da imtahanla bağlı tələbələrin sualları cavablandırılacaq və müraciətləri dinləniləcək.

Qəbul zoom platforması üzərindən aparılacaq. İmtahanla bağlı sualı, müraciəti, şikayəti və təklifi olanlar 1846 Qaynar Xəttinə zəng edərək “Açıq qapı”ya yazıla bilərlər.

IV modul üzrə imtahanlar iyulun 3-dək davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay