A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov 4 saylı tədris binasının tələbə və müəllimlərini qəbul edib.

Qəbulda iştirak edən tələbələr qış imtahan sessiyasında qarşılaşdıqları bir sıra məsələlər barədə rektora məlumat veriblər. Elektron Apellyasiya Sisteminin istifadəsində çətinlik çəkən tələbələrə kömək göstərilib.

Qəbula müraciət edən müəllimlər və əməkdaşlar rektora tədrisin keyfiyyətinin artırılması, xarici tədbirlərdə iştirak və digər məsələlərlə bağlı təkliflərini bildiriblər.

Qəbuldan sonra rektor 4 saylı tədris binasındakı imtahan zallarında olub. İmtahan prosesi ilə tanış olan rektor tələbələrlə söhbət edib, onların fikirlərini öyrənib. Rektor qeyd edib ki, hər bir tələbənin müraciəti imtahan qərargahlarında və Apellyasiya Komissiyasında operativ araşdırılır və obyektiv qərar verilir. Bundan başqa, Ə.Muradov tələbələrə “iradlarınızı Facebook-da birbaşa mənə də yaza bilərsiniz” deyə, bildirib.

Qeyd: UNEC rektorunun tələbə və müəllimlərlə, eyni zamanda əməkdaşlarla növbəti görüşü yanvar ayının 19-da 2 saylı tədris binasında keçiriləcək. Tələbələr 13:30-dan 14:30-dək, müəllimlər və digər əməkdaşlar isə 14:30-dan 15:30-dək qəbul olunur. Qəbula yazılmaq üçün (012) 505-48-01 nömrəsinə zəng etmək lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay