A

Yanvarın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi və tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarətçilər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin, eyni zamanda UNEC-in şəhid olmuş məzunlarının məzarları önünə gül dəstələri düzüblər.

20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə yanvarın 19-da UNEC-də şəhidlərin xatirəsini əbədiləşdirən Memorial-Xatirə Kompleksinin açılışı olub.

Universitetin bütün tədris binalarında dövlət bayraqları yarıya qədər endirilib, şəhidlərin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub. Bundan başqa, universitetin rəsmi (unec.edu.az) saytında 20 yanvar faciəsində şəhid olan tələbələr Habil Əzizov və İlqar Əbdülhəsənovun ailə üzvləri ilə müsahibələr yayımlanıb. Həmçinin universitet dəhlizlərində quraşdırılan monitorlarda 20 yanvar hadisələrini əks etdirən sənədli filmlər nümayiş etdirilib. UNEC tələbələrinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr edilən videoçarx hazırlanıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR