A

Martın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində UNEC brendi ictimaiyyət nümayəndələrinə təqdim edilib.Təqdimatla çıxış edən rektor, professor Ədalət Muradov bildirib ki, prezident İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncamda “Made in Azerbaijan” brendinin dünya bazarında tanınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə dair tapşırıq verib. Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək məqsədilə Azərbaycan təhsil məkanında ilk dəfə olaraq universitetin brendləşdirilməsini həyata keçirdik. Bununla da Azərbaycan ali təhsil müəssisəsinin brendini dünya təhsil xidmətləri bazarında tanıtmaq iddiasındayıq.Təhsil sektorunun dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrdən biri olduğunu bildirən rektor, bir sıra ali təhsil müəssilərinin əldə etdiyi gəlirlərin böyük dövlətlərin təhsilə ayırdığı xərclərin həcmindən çox olduğunu diqqətə çatdırıb. Dünyanın tanınmış universitetləri həmin ölkələrin iqtisadiyyatının innovativ katalizatoruna çevrilir.Təhsil sektoruhəm də xidmətlər bazarının çox vacib tərkib hissəsidir. Bu sektorunən fəal iştirakçıları universitetlərdir. Biz regional və dünya təhsil xidmətləri bazarına girərkən ciddi rəqabətlə üzləşmişik. Bu rəqabətdə tanınmaq və seçilmək üçün iştirakçılar mütləq brendləşməlidir. İnsan kapitalı hazırlamaq iddiasında olan universitetin öz nişanı olmalıdır.Azərbaycan Dövlət İqtisad Universiteti de-fakto brendləşib. “Narxoz” və başqa adlar cəmiyyətdə universitetin mənfi obrazıdır. De-yure olaraq isə Azərbaycan Dövlət İqtisad Universitetiindi qanunvericiliyə uyğun olaraq brendləşib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yanvarın 21-də rəsmi qeydiyyata alınıb. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsiəsas götürüb. Universitetin brendi UNEC-dir (University of Economy). Biz bütün dillərdə UNEC kimi təmsil olunmaq istəyirik. Brend o demək deyil ki, biz universitetin adını dəyişirik. Bu, bizim səlahiyyətimizdə deyil və məqsədimiz də deyil. Brend həm də abbreviatura deyil. Azərbaycan dilində ADİU, rus dilində АГЭУ, ingilis dilində ASUE abbreviaturalardır.Tədbir iştirakçıları universitet brendləşdirilməsini yüksək qiymətləndirərək, bunun Azərbaycanda təhsilin keyfiyyətinin daha da artmasında xüsusi önəmini vurğulayıblar. Sonda rektor jurnalistlərin suallarını cavablandırıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR