A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə UNEC-də “Professorlar Klubu” təsis edilib. “Professorlar Klubu”nun yaradılmasında əsas məqsəd professor və elmlər doktorlarının intellektual potensialından istifadə edərək müasir cəmiyyətdə qabaqcıl ideyaları aşılamaqdır. Kluba üzv olanlar bilikləri, bacarıqları və həyat təcrübələrini bölüşmək üçün qeyri-formal şəraitdə, fəal və müxtəlif zövqlərə cavab verən maraqlı istirahət zamanı ziyalılıq mühitində səmimi ünsiyyət qura biləcəkdir.

Maliyyə və maliyyə institutları  kafedrasının müdiri, i.e.d. Əvəz Ələkbərovun  təşəbbüsü ilə yaradılan klub Azərbaycanın və xarici ölkələrin professorlarının, elmlər doktorlarının könüllülük və bərabərlik əsasında yaradılan birlik funksiyasını öz üzərinə götürür. Klassik və müasir elmlərin nailiyyətləri ilə bağlı fikir mübadiləsi üçün toplantıların təşkili, beynəlxalq elmi cəmiyyətlərə klub üzvlərinin inteqrasiyasına nail olmaq, istedadlı gənc alimlərə hərtərəfli dəstək olmaq, respublikada və xaricdə müxtəlif elmi, mədəni-kütləvi tədbirlərdə təmsil olunmaq klubun fəaliyyət istiqamətində yer alıb.Əsasnaməyə əsasən, klubun idarəetmə orqanında Rəyasət heyəti və Sədr yer alıb. Həmçinin, üzvlük könüllüdür və nəzərdə tutulan məqsədlərə həmrəy olan hər bir professor və elmlər doktorları kluba qoşula bilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay