A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) özəl sektordan dəvət olunan mütəxəssisin iştirakı ilə növbəti praktiki seminar keçirilib. Dərsdə ekspert Samir Kərimov xidmət sahələrində marketinq fəaliyyəti barədə tələbələrə praktiki məlumatlar çatdırıb. S.Kərimov real situasiyanın təhlilini, qarşıya çıxan məsələlərə diqqət çəkib.Marketinq kafedrasının müəllimi Ramil Cabbarovun  dərsinə dəvət olunan qonaq qeyd edib ki, Azərbaycanda marketinqin dinamik inkişafı birbaşa olaraq istehlakçıların davranışı ilə bağlıdır. Əhalinin alıcılıq qabiliyyətindəki spesifik yanaşmalar biznes fəaliyyətlərinin inkişaf trayektoriyasını formalaşdırmaqdadır. Bu baxımdan xidmət sahələrində marketinq strategiyası qurulduqda müştərilərə maksimum dərəcədə diqqətli olmaq, onların şirkətdən nə gözlədiklərini öncədən bilmək lazımdır.Sonda ekspert elektron ticarət, sərnişindaşıma, logistika kimi sahələrlə bağlı da tələbələrin suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay