A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat və İşlətmə" kafedrasının  müdiri Fariz Əhmədovun 2015/16-cı tədris ili üzrə differensial əmək haqqı sistemində illik xidməti fəaliyyəti 47.052 balla qiymətləndirilib. F.Əhmədov differensial əmək haqqı sisteminin ikinci pilləsində qərarlaşıb.

Fariz Əhmədov 1983-cü ildə doğulub. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, 2005 və 2010-cu illərdə isə Sakarya Universitetində magistr və fəlsəfə doktoru dərəcələrini alıb. Strateji idarəetmə və milli rəqabət gücü üzrə mütəxəsisdir.Differensial əmək haqqı sistemində Fariz Əhmədovun balı aşağıdakı göstəricilər əsasında hesablanıb:

Elmi nəşr və istinadlar

- Beynəlxalq Sahə indeksli “TuranSam” jurnalının 28-ci sayında “Döviz piyasalarindaki stratejik uygulamalar: Azerbaycan örneği” adlı məqaləsi;- Beynəlxalq Sahə indeksli “Expert Journal of Business and Management” jurnalının 4-cü nəşr, 1-ci sayında “An Analysis of Youth Employment in Azerbaijan Success of Leadership” adlı məqaləsi;- Beynəlxalq Sahə indeksli “Akademikbakış” Beynəlxalq Resenziyalı Jurnalın 55-ci sayında “Azərbaycan Kamu Mali Sisteminde Gelişmeler ve Kamu Harcamaları Finansmanının Sürdürebilirliği” adlı məqaləsi;- III Beynəlxalq Türk Dünyası Simpozyumunda “Kümelenmenin Bölgesel Ekonomik Kalkınmada Yeri: Dünyadan Örnekler” adlı elmi məruzəsi;- ECONLIT sahə indeksinə daxil olan Avrasya Bilimler Akademisi “İşletme ve İktisat Dergisi”ndə redaksiya şurasının üzvü;- ECONLIT sahə indeksinə daxil olan Avrasya Bilimler Akademisi “Ekonometri, İstatistik ve Ampirik Ekonomi Dergisi”ndə redaksiya şurasının üzvü;- TÜBİTAK ULAKBİM sisteminə daxil olan “Elektronik Mesleki Gelişim ve Araştırmalar Dergisi”ndə redaktorluq.

 

Elmi tədbirlər 

- 3-cü Beynəlxalq Turizm və Menecment Araşdırmaları Konqresində resenzent;- 13-cü Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresinin resenzenti;- III Beynəlxalq KOP Regional İnkişaf Simpozyumunun resenzenti;- 3-cü Beynəlxalq Turizm və Menecment Araşdırmaları Konqresində təşkilat komitəsinin üzvü;- 3-cü Gənc Sosial Elmlər Konqresində təşkilat komitəsinin üzvü;- 1-ci Beynəlxalq İqtisadiyyat və İşlətmə Konqresində resenzent;-  Beynəlxalq Multidisiplinar Konfransda resenzent;- Gənc Sahibkarların Quba Forumunda “Müasir sahibkarlıq fəaliyyətində strateji idarəetmə: Problemlər və həlli yolları” məruzəçi;

Dərslər

- Tələbənin müəllimi qiymətləndirmə anketində balı 98,507;- Tələbələrinin mənimsəmə səviyyəsi 81,000.

Elmi rəhbərlik

- Müdafiə edən 3 diplomata rəhbərlik;- Müdafiə edən 3 magistranta rəhbərlik;

Tədris-metodiki vəsaitlər

- 2 yeni sillabus hazırlamışdır.- 2 proqram həmmüəllifi olmuşdur.- 1 dərs vəsaitinin həmmüəllifi olmuşdur.

Tədris komissiyaları

- Yekun Dövlət Attestasiya komissiyasında üzvlük.- Magistr Dissertasiyaları üzrə İxtisaslaşmış müdafiə şurasında üzvlük.- Differensial əmək haqqı komissiyasında üzvlük.- UNCE Keyfiyyət Şurasında üzvlük.

İxtisasa uyğun seminar və treninqlərdə iştirak

- Paris-Sorbonne University Abu-Dhabinin UNEC-də keçirdiyi treyninqdə iştirak.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR