A

Noyabrın 8-də Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində  keçirilən növbəti açıq dərs Dövlət Bayrağı Gününə həsr edilib.

Azərbaycan dili  kafedrasının müəllimi Qəhrəmanova Çinarənin  tədris etdiyi Azərbaycan dili və nitq mədəniyyəti dərsində tələbələr Bayraq Gününün yaranma tarixi barədə təqdimatla çıxış ediblər. Bayrağın rənglərinin izahını verib, ölçüləri barədə məlumat çatdırıblar. Eyni zamanda müəllim və tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.Qeyd edək ki, noyabrın 7-dən Beynəlxalq İqtisadiyyat Məktəbində açıq dərslərə start verilib. Fakültə rəhbərliyi və müəllimlərin də iştirak etdiyi açıq dərslər davam edəcək. Dərslər UNEC-in rəsmi youtube kanalında və unec.edu.az saytında yerləşdiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay