A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimi Fəxri  Məmmədov və Beynəlxalq İqtisadiyyat Məktəbinin 10 tələbəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə Almaniyanın Siegen Universitetində olub.

F.Məmmədov mübadilə proqramı çərçivəsində bir həftə UNEC və Siegen Universitetinin tələbələrinə “Maliyyə bazarları” mövzusunda mühazirə keçib.

Qeyd edək ki, noyabrın sonunda mübadilə proqramı çərçivəsində Siegen Universitetinin professoru Petra Muq (Petra Moog) və 11 alman tələbənin UNEC-ə səfəri gözlənilir. Petra Muq 1 həftə ərzində alman və yerli tələbələrə “Sahibkarliq” mövzusunda dərs keçəcək. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR