A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimi Turan Süleymanov Avropa Komissiyasının Erasmus+ mübadilə proqramı çərçivəsində Macarıstanın Dunaujvaros Universitetində olub.

Proqrama uyğun olaraq UNEC müəllimi “Sahibkarlıq Strategiyası” mövzusunda tələbələrə mühazirələr oxuyub, eyni zamanda  Dunaujvaros  Universitetinin idarəçilik formaları və biznes strukturları ilə əməkdaşlığın uğurlu təcrübəsi, metodları ilə yaxından tanış olub. İki beynəlxalq konfransa qatılan T.Süleymanov “Azərbaycanda telekomunikasiya şirkətlərinin brend arxitektura strategiyaları” və “Azərbaycan dövlət universitetlərində tədrisdə, təhsilin mənimsələnməsində və idarəetmədə İKT-nin tətbiqi” mövzularında elmi məqalələrlə çıxış edib.

UNEC-lə  Dunaujvaros  Universiteti arasında birgə elmi tədqiqat işlərinin aparılması və beynəlxalq əməkdaşlığa dair Erasmus+ müəllim mübadilə proqramı çərçivəsində müqavilə mövcuddur. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR