A
Differensial Əmək Haqqı Sisteminin proqram təminatında aparılan təkmilləşmələr artıq tamamlanıb. Bu gündən etibarən, professor-müəllim heyəti cari tədris ili üzrə elmi-pedaqoji faəliyyətinin nəticələrini elektron qaydada “şəxsi kabinet”lərindən sistemə daxil edə bilərlər. UNEC tələbələrinin də “şəxsi kabinet”lərindən “Müəllim Məmnunluq Anket”lərini dolduraraq, öz müəllimlərindən nə qədər məmnun olduqlarını ifadə etmək imkanları var. Komissiyanın sədr müavini, dos.

Elşən Bağırzadə

bildirib ki, sistem tam işlək vəziyyətdədir və müəllimlər, eyni zamanda tələbələr nəzərdə tutulan müvafiq məlumatları öz “şəxsi kabinet”lərindən sistemə daxil edə bilərlər.UNEC-in professor-müəllim heyətindən xahiş olunur ki, elmi-pedaqoji fəaliyytlərinin nəticələrini sistemə daxil etmədən öncə “şəxsi kabinet”lərində onlara təqdim olunan müvafiq “Qaydalar”la bir daha tanış olsunlar və cari tədris ili üzrə tətbiq edilən yenilikləri nəzərə alsınlar.Sistemlə bağlı yeniliklərlə tanış olmaq üçün:

UNEC-də tətbiq edilən differensial əmək haqqı sistemində yeniliklər

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay