A

“ADA” Universitetinin müəllimlərinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) açıq dərsləri başa çatıb.

Noyabrın 25-də UNEC-in Maliyyə və Mühasibat  fakültəsində keçirilən dərsi “ADA” Universitetinin prorektoru, professor Elkin Nurmammadov tədris edib. Professor E.Nurmammadovun seminarı “Devalvasiya şəraitində Azərbaycanin maliyyə sabitliyinin qorunmasi” mövzusunda olub. Növbəti dərsi isə “ADA” Universitetinin müəllimi Ruslan Əliyev “Biznez Statistikası” mövzusunda keçib. İnteraktiv tədris metodlarının tətbiq edildiyi dərslərdə ADA Universitetinin müəllimləri UNEC tələbələrinin qavrama qabiliyyətini yüksək qiymətləndirərək, onların müzakirə bacarığını müsbət dəyərləndiriblər. Tələbələrin mövzuya fərqli və yenilikçi yanaşmalarının gələcək karyeraları üçün uğurlu başlanğıc hesab etdiklərini vurğulayıblar.

Qeyd:

UNEC ilə “ADA” Universiteti birgə layihəyəsinin məqsədi “ADA” Universitetinin öz tələbələrinə təklif etdiyi imkanlardan ictimaiyyətin də faydalanmasına imkan yaratmaqdır. Layihə çərçivəsində “ADA” Universitetinin müəllimləri UNEC-də bir günlük açıq dərslər keçiblər. İndiyə qədər açıq dərslər SABAH Qruplarında, Beynəlxalq İqtisadiyyat Məktəbində və Rus İqtisadiyyat Məktəbində keçirilib.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR