A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Lider Müəllim – Lider Universitet” layihəsi uğurla davam edir.

Layihənin “Lider Müəllim – İnnovativ Müəllim” nominasiyası üzrə seçim mərhələsinə start verilib. Komissiya müsabiqədə iştirak hüququ qazanan müəllimlərin dərslərində iştirak edir. Komissiya üzvləri “Beynəlxalq İqtisadiyyat” (ingilis dilli) kafedrasının müəlliməsi Qənirə İbrahimova ilə “Biznesin idarə edilməsi” kafedrasının müəllimi Məhəmməd Talıblının mühazirələrində iştirak ediblər. Q.İbrahimova Beynəlxalq İqtisadiyyat Məktəbində “Dünya iqtisadiyyatının tarixi” fənni üzrə “Müasir Almaniya iqtisadiyyatı”, M.Talıblı isə Maliyyə və Mühasibat fakültəsində “Biznesin əsasları” fənni üzrə “Biznesdə kadrlar” mövzusunda mühazirə oxuyublar.

Qeyd edək ki, 5 nəfərdən ibarət komissiya üzvləri müsabiqədə iştirak hüququ qazanan müəllimlərin 4 dərsində (2 mühazirə və 2 məşğələ olmaqla) əvvəlcədən xəbər vermədən iştirak edəcək və həmin müəllimlərin dərs prosesində innovativ tədris metodlarından istifadə səviyyəsini, eləcə də Elektron Universitet Modelindən yararlanma səviyyəsini və tədris resurslarının yenilənmə səviyyəsini 10 ballıq sistemlə qiymətləndirilməsini həyata keçirəcəklər. Layihənin sonunda qalib müəllimlər mükafatlandırılacaq. Layihəyə uyğun olaraq, müxtəlif nominasiyalar üzrə seçiləcək “Lider müəllim”lər 7 gün müddətində nüfuzlu universitetlərə səfər imkanı qazanacaqlar. “Lider Müəllim - İnnovativ müəllim” nominasiyasının qalibi Paris Sorbon Universiteti-Abu Dabiyə göndəriləcək.

Komissiyanın fəaliyyəti davam etdirir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR