A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə olaraq “Dual tədris” modeli tətbiq olunub. İnnovativ tədris texnologiyalarının tətbiqi məqsədi ilə həyata keçirilən model auditoriyada iki fənnin eyni vaxtda tədris edilməsinə şərait yaradır.

“Dual tədris” Maliyyə və mühasibat  fakültəsinin I kurs tələbələrinin İngilis dili dərsində tətbiq edilib. Xarici dillər kafedrasının gənc müəllimi Aynur Mirzəyevanın

 tədris etdiyi dərsin mövzusu “Marketinq” olub. İnteraktiv metodlara əsaslanan dərsdə ikinci müəllim – bu sahənin mütəxəssisi olaraq Marketinq  kafedrasının müəllimi Ramil Cabbarov  iştirak edib.

R.Cabbarov, A.Mirzəyevanın tələbələrə ingilis dilində öyrətdiyi marketinq terminlərinin mahiyyətini izah edərək, real kesylərdən nümunələr çəkib. Yerli və qlobal marketinq sahəsinə aid spesifik xüsusiyyətlərin mahiyyətini açıqlayıb.

UNEC-in gənc müəllimləri Avropanın qabaqcıl tədris texnologiyası metodikası olan “Dual tədris” sisteminin üstünlüklərindən danışaraq, bu metoddan istifadənin davamlı olacağını bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay