A

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir sıra əməkdaşı səmərəli elmi-pedaqoji və əmək fəaliyyətinə görə mükafatlandırılıb.

UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilən müəllimlərlə görüşən rektor, professor Ədalət Muradov universitet kollektivinə yeni ildə uğurlar, həmrəylik arzulayıb və universitetdə keyfiyyətli təhsil uğrunda aparılan işlərə dəstək olan müəllimlərə təşəkkürünü çatdırıb. UNEC-in çox böyük kadr potensialına malik olduğunu xüsusi vurğulayan Ə.Muradov müəllimlərin nüfuzunun yüksəldilməsi məqsədilə reallaşdırılan layihələrdən və görüləcək işlərdən danışıb. “UNEC müəllimi hər şeyin ən yaxşısına layiqdir” - deyə bildirən rektor, müəllim peşəsinin aliliyini təbliğ edən “Müəllim güc mənbəyidir” və digər bu kimi layihələrin icrasına önəm verildiyini qeyd edib.

Tədbirdə bir qrup müəllimə UNEC-in “Fəxri Fərman”ı təqdim edilib.

Sonda rektor və müəllimlər 2017-ci ildə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparıblar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR