A

UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının professoru, əməkdar müəllim, Qabaqcıl Təhsil işçisi Əhməd-Cabir İsmayıl oğlu Əhmədovun anadan olmasının 75 illiyi münasibəti ilə yeni kitab çapdan çıxıb. Kitabda Əhməd-Cabir müəllimin son 10 ildə nəşr olunan 21 kitabına verilən şahadətnamələrin surəti və M.F.Axundov adına Milli Kitabxanda saxlanılan kitablarının biblioqrafik annotasiyası dərc olunub.

Azərbaycan Jurnalistlər və Yazıcılar Birliklərinin üzvi, “Qızıl Qələm” Media mükafatçısı Əhməd-Cabir Əhmədov 1971-ci ilin dekabr ayindan bu günə kimi ali məktəbdə müxtəlif vəzifələrdə - assistent, baş müəllim, dosent, dekan müavini, dekan və 4 dəfə seçilməklə kafedra müdiri işləyib. 48 illik elmi pedaqoji fəaliyyəti dövründə 32 il rəhbər vəzifələrdə çalışan, 1350 çap vərəqindən çox həcmdə 350 adda elmi əsərin, o cümlədən 72 kitabın və 50-dən çox tədris-metodik vəsaitin müəllifidir. M.F.Axundov adına Milli Kitabxananın fondunda Ə.İ.Əhmədovun müəllifi olduğu 68 kitab saxlanılır. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR