A

UNEC-in Biznes və menecment fakültəsində “Riyaziyyat” kafedrasının dosenti, universitetin Fəxri professoru Mustafa Qarayevin təqaüdə çıxmağı ilə bağlı görüş çirilb.

Görüşdə UNEC-in rektoru, professor Ədalət Muradovun Mustafa Qarayevə ünvanladığı məktub səsləndirilib. Məktubda bildirilib ki, ömrünün böyük hissəsini universitetdə kadr hazırlığına həsr edən riyaziyyatçı-alim pedaqoji fəaliyyəti ilə yanaşı, riyaziyyat elminin inkişafına öz töhfələrini verib. Onun iştirakı ilə hazırlanan “Xətti cəbr və riyazi analiz”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika” dərslikləri iqtisadçı tələbələrə riyaziyyatın tədrisində xüsusi rol oynayıb. Alimin elmi məqalələri dünyanın bir çox nüfuzlu jurnallarında çap olunub və məşhur kitabxanaların kataloqlarına daxil edilib.

Fakültə dekanı, dosent Mirağa Əhmədov alimin pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, M.Qarayevin pedaqoji fəaliyyəti dövlət tərəfində də yüksək qiymətləndirilib. Alim 2005-ci ildə Respublika Prezidentinin Sərəncamı ilə “Əməkdar Müəllim” Fəxri adına layiq görülüb,eyni zamanda “Qabaqcıl təhsil işçisi” döş nişanı, “Universitetin Qızıl Yubiley” medalı və Fəxri fərmanlarla təltif edilib.Görüşdə “Riyaziyyat” kafedrasının məsləhətçi professoru Məmməd Məmmədov Mustafa müəllimlə bağlı xatirələrini bölüşüb. “Riyaziyyat” kafedrasının müdiri, professor Natiq Əhmədov“Marketinq” kafedrasının müdiri, professor Telman İmanov  və tələbələrialim haqqında xoş sözlər söyləyiblər, ona uzun ömür, cansağlığı arzulayıblar.Çıxışlardan sonra alimin ömür yoluna həsr olunan şeirlər səsləndirilib.Mustafa Qarayev göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, onunla çiyin-çiyinə çalışan professor-müəllim heyətinə, tələbələrinə minnətdarlığını bildirib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR