A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemində fakültələrin reytinqinin mayın 1-nə olan nəticələri açıqlanıb. Reytinq müəllimlərin sistemdə topladığı ballara əsasən müəyyən edilib.

Differensial Əməkhaqqı Sisteminin tətbiqində məqsəd professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini UNEC-in hədəfləri istiqamətinə yönəltməkdir. Bu baxımdan sistem UNEC-də nəticəyönümlü fəaliyyətlərin genişlənməsinə, professor-müəllim heyətinin fərdi və qrup məhsuldarlığının yüksəlməsinə, onlar arasında sağlam rəqabət mühitinin yaranmasına və onların işdən məmnunluq səviyyəsinin yüksəlməsinə zəmin yaratmaqla, tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edir.

Siyahını təqdim edirik:

Siyahı (PDF)

UNEC DİFFERENSİAL ƏMƏKHAQQI SİSTEMİNDƏ FAKÜLTƏLƏRİN REYTİNQİ

01.05.2017

 

 Reytinq

 Fakültə

 Xidməti fəaliyyət balı

 
1 Beynəlxalq İqtisadiyyat Məktəbi  21.361  
2 Türk dünyası işlətmə  20.381  
3 Əmtəəşünaslıq  16.837  
4 Texnologiya və dizayn  16.082  
5 Biznes və menecment  15.264  
6 Maliyyə və mühasibat  15.001  
7 İqtisadiyyat  14.897  

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR