A

UNEC-də uğurla tətbiq edilən Differensial Əməkhaqqı Sistemində 2016-2017-ci tədris ili üzrə professor-müəllim heyətinin reytinq siyahısı müəyyənləşib. Reytinq siyahısı Differensial Əməkhaqqı Sistemində professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin 100-dən çox göstəricisi əsasında müəyyən edilir.

Differensial Əməkhaqqı Sisteminin tətbiqində məqsəd professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini UNEC-in hədəfləri istiqamətinə yönəltməkdir. Bu baxımdan Sistem UNEC-də nəticəyönümlü fəaliyyətlərin genişlənməsinə, professor-müəllim heyətinin fərdi və qrup məhsuldarlığının yüksəlməsinə, onlar arasında sağlam rəqabət mühitinin yaranmasına və onların işdən məmnunluq səviyyəsinin yüksəlməsinə zəmin yaratmaqla, tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edir.

Xatırladaq ki, reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin maaşları 2017-2018-ci tədris ilində 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin maaşları 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin maaşları 1,5 dəfə, 61-100-cü yerləri tutuan müəllimlərin maaşları isə 1,2 dəfə artırılacaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay