×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-5369ced9772df5e595db279435ce67c9.php silmək alınmadı


A

UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti Natiq Qurbanov Moskva vilayətinin Korolyov şəhərində yerləşən Texnologiya Universitetinin “Dəvətli professor” proqramının iştirakçısı olub.

N.Qurbanov Texnologiya Universitetində Maliyyə və iqtisadiyyat fakültəsinin müəllim-tələbə heyətinə “Bilgilərin idarə olunması” mövzusunda mühazirə deyib. O, bilik və bacarıqların idarəedilməsi üzrə beynəlxalq səviyyəli mütəxəssis hazırlığının vacibliyini də vurğulayıb.

Səfər çərçivəsində UNEC-in dosenti Texnologiya Universitetinin beynəlxalq əməkdaşlıq və inteqrasiya üzrə prorektoru ilə birgə elm-təhsil platformasının yaradılması perspektivlərini müzakirə edib.

Qeyd edək ki, Natiq Qurbanov Texnologiya Universitetinin beynəlxalq elmi və praktiki konfranslarında mütəmadi olaraq iştirak edir.

TOP XƏBƏRLƏR