A

UNEC-in Gənc Müəllimlər Şurası, Karyera Mərkəzi və Deloitte Şirkətinin təşkilatçılığı ilə UNEC-in gənc müəllimlərinə iki günlük təlim keçirilib.

UNEC Gənc Müəllimlər Şurasının sədri Səbuhi Tanrıverdiyev bu təlimlərin müəllimlərin və inzibati heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə təşkil olunduğunu bildirib.

Təlimin ilk günündə UNEC-in gənc müəllimlərinə və inzibati işçilərinə təqdimatların hazırlannması bacarığının yüksəldilməsi ilə bağlı təlim keçirilib. Bildirilib ki, informasiyanın dəqiq və effektiv təqdimat edilməsi istənilən şəxsin ötürmək istədiyi fikrin və ya məlumatın əldə edilməsində ən vacib və həlledici məqamlardan sayılır. Həmçinin qeyd edilib ki, bu gün təqdimatların düzgün edilməsi bacarığı demək olar ki, bütün sahələrdə tələb olunandır. Tələbə, müəllim, inzibati işçi və ya rəhbər şəxs olmağından asılı olmayaraq hər kəsin təqdimat etmə bacarığı onun uğurunun əsas elementlərindən birini təşkil edən faktor kimi çıxış edir.

Təlimin ikinci günündə isə “Microsoft Office”in tərkibinə daxil olan, verilənlərin təhlilini həyata keçirməyə və statistik təhslili avtomatlaşdırmağa imkan verən Excell proqramının üstünlüklərindən bəhs edilib. Təlimdə Excell proqramının kifayət qədər müxtəlif və mürəkkəb məsələlərin həllini reallaşdırmağa imkan verən statistik alət və proqram olduğunu bildirməklə elektron cədvəldə verilənlərin baxılması, onlar əsasında araşdırmanın dərinləşdirilməsi və təhlilin həyata keçrilməsinin sadələşdirilməsi məqsədi ilə parametrlərin dəyişdirilməsi üzərindən praktiki izahlar verilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR