A

UNEC tədrisdə innovativ texnologiyaları uğurla tətbiq etməkdə davam edir.

Növbəti maraqlı layihə Maliyyə və mühasibat fakültəsinin “Xarici dili” dərsində reallaşıb. Belə ki, “Xarici dillər” kafedrasının müəllimi Aynur Mirzəyeva ilə Zaqatala filialının müəllimi Rəna Əliyevanın dərsləri birləşdirilib. İnternet üzərindən yayımlanan açıq dərsdə hər iki auditoriyanın tələbələri iştirak edib. I kurs tələbələri birlikdə karyera planlarını müzakirə edib, ixtisasları haqda fikir mübadiləsi aparıblar.

Dərs zamanı Zaqatala filialının İqtisadiyyat fakültəsinin dekanı Həqiqət Qədimova və müəllimlər Afət Əfəndiyeva və Raisa Laçınova da müzakirələrə qoşulublar. Tələbələrin marağına səbəb olan dərsin mütəmadi təşkil edilməsi qərara alınıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR