A

UNEC nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecinin müəllimi Gülanə İsayevanın keçdiyi sonuncu dərs sosial şəbəkələrdə maraqla qarşılanıb.

G.İsayeva UNEC news-a açıqlamasında Maliyyə işi fakültəsinin II kurs tələbələrinə keçdiyi dərsin vətənpərvərlik mövzusuna həsr olunduğunu bildirib. Dərsdə müəllimlə tələbələr birlikdə Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Sonra tələbələr Azərbaycan haqqında şeirlər söyləyiblər.

Qeyd edək ki, sözügedən dərs 2017/18-ci tədris ilində Azərbaycan Maliyyə İqtisad Kollecində keçirilən sonuncu dərs olub. Artıq kollecdə yay imtahan sessiyası başlayıb.

UNEC nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecinin tələbələrinə imtahanlarda uğurlar arzu edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay