A

UNEC-in fəxri professoru, “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının dosenti Mahmud Quluzadənin yeni monoqrafiyası dərc olunub.

“İnsan amili və Azərbaycan Respublikası qeyri-neft sektorunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi” adlanan monoqrafiyada insan amili, iqtisadi inkişaf və sosial problemlərin uğurlu həllində qeyri-neft sektorunun fövqəladə əhəmiyyətindən bəhs olunur. Monoqrafiyanın ilk fəsli aqrar-sənaye kompleksinin iqtisadiyyatı və insan amlinə həsr olunub. Müəllif sonrakı fəsillərdə müasir mərhələdə aqrar-sənaye kompleksinin qarşısında duran vəzifələr, regionların sosial-iqtisadi inkişaf problemləri, kənd təsərrüfatının inkişafı, regionların sosial-iqtisadi inkişafında kənd təsərrüfatının rolu və Azərbaycanın xarici iqtisadi əlaqələrinin müasir vəziyyətini geniş təhlil edilərək oxucuların diqqətinə çatdırıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR