A

UNEC-in SABAH mərkəzinin rəhbəri, dosent Aida Quliyeva Litvanın Mikolas Romeris Universitetində (MRU) mühazirə deyib.

Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində MRU-da olan A.Quliyevanın akademik mühazirələri elektron biznes, elektron marketinq və elektron bazar resursları (e-business, e-marketing və e-market resources) mövzularında olub. İnteraktiv tədris üsulu ilə keçirilən mühazirələr tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, UNEC-lə MRU arasında magistratura pilləsi üzrə ikili diplom proqramı həyata keçirilir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR