A

UNEC rektoru, professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin mentorlarının rəhbəri, “İqtisadiyyat”  (rus dilində) kafedrasının dosenti Esmira Babaşirinovanı qəbul etmişdir.

Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilovanın iştirak etdiyi görüşdə mentorların hazırki fəaliyyəti, onların valideynlərlə apardığı iş və digər məsələlər müzakirə edilmişdir.

UNEC mentorlarının rəhbəri Esmira Babaşirinova fakültələr üzrə aparılan iş, o cümlədən, dərsdən kənar aparılan iş barədə məlumat vermişdir.

Rektor görüş zamanı mentorluq fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi ilə “İlin ən yaxşı mentoru” müsabiqəsinin keçirilməsini və qaliblərin, fərqlənənən, seçilmiş mentorların maddi və mənəvi cəhətdən mükafatlandırılmasını tövsiyə etmişdir.

Eyni zamanda UNEC rektoru, professor Ədalət Muradov ayda bir dəfə olmaqla, fakültə mentorlarının iclaslarının təşkil edilməsini tövsiyə etmişdir. Həmçinin, növbəti semestrin əvvəlində UNEC Mentorlarının I Forumunun keçirilməsi nəzərdə tutulmuşdur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR