A

UNEC-də növbəti “Gənc müəllimlər - 2” layihəsinə start verilir.

Gələcəyini müəllimlik peşəsinə həsr etmək arzusunda olan, tələbələrlə çalışmağa həvəs göstərən, ünsiyyətcil, öz bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən hər kəsi UNEC-in gənc müəllim kollektivinə qoşulmağa dəvət edirik.

Azərbaycan, rus, ingilis və türk dillərində tədris apara biləcək, UNEC-in Bakı korpusu və Zaqatala filialında çalışmaq arzusunda olanlar CV-lərini 20 dekabr 2018-ci il tarixinə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilər. 
Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtdir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi müsahibə təşkil ediləcək.

Müəllim adını zirvədə qoruyacaq hər kəsi UNEC kollektivində görməyə şad olarıq!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR