A

UNEC Zaqatala filialının D/Y-1453/2019 nömrəli, 01.02.2019-cu il tarixli 2019-2020-ci illər üçün təsdiq olunmuş Tədbirlər planının tədris prosesinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması məqsədi ilə 17 may 2019-cu il tarixində UNEC-in müəllimləri “Mühasibat uçotu və audit” kafedrasının dosenti Nəzakət Musayeva və “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının dosenti Elşən Məmmədov Zaqatala filialında ustad dərsləri keçmişlər.

N.Musayeva - “Mühasibat uçotu və audit” ixtisasında "İdarəetmə təhlili” fənni üzrə saat 12:00-da I və III kurs tələbələrinə “Mühasibat uçotu” fənnindən isə II kurs tələbələrinə mühazirələr oxumuşdur. E.Məmmədov “Turizm və otelçilik” ixtisası üzrə I kurs tələbələrinə “Turizmin əsasları”fənni üzrə “Mehmanxana fəaliyyətinin texnologiyası” fənnindən isə II kurs tələbələrinə mühazirələr oxumuşdur.

Dərs müddətində tələbləri maraqlandıran suallar müəllimlər tərəfindən ətraflı olaraq cavablandırılmiş və onlara təhsillə bağlı müəyyən tövsiyyələr verilmişdir.

Təlimin sonunda Zaqatala filialının  direktoru prof. Orucəli  Rzayev və  İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova ilə görüş zamanı tədris prosesinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay