A

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” (AVMA) İctimai Birliyinin 14-cü ümumi yığıncağı keçirilib.

İctimai birliyin icraçı direktoru Şahin Rəcəbov təşkilatının fəaliyyətindən danışıb. Bildirib ki, AVMA 2005-ci ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış təhsil platformasıdır. Assosiasiya təhsilə, məktəbə dəstək funksiyasını, eyni zamanda, qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyə uyğun olaraq ictimai nəzarəti həyata keçirir. AVMA-nın əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil mühitinin formalaşdırılmasına dəstək olmaqdır. 

Tədbirdə UNEC-in Tələbə Gənclər Təşkilatının sədrinə və fəal üzvlərinə İB-nin həyata keçirdiyi layihələrdə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR