A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Menecment"  kafedrasının professoru Heydər Həsənovun “Современные тенденции бизнес - менеджмента: взаимодействие комплиментарности и ментальности” (“Biznes-menecmentin çağdaş tendensiyaları: komplimentarlığın və mentallığın qarşılıqlı fəaliyyəti”) adlı monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada işgüzar təşkilatın fəaliyyətinə komplimentarlığın və mentallığın təsiri araşdırılıb, ilk dəfə komplimentarlığın sosial sistemlərdə əlaqələndirici proses olması təsdiqini tapıb və biznes-menecmentin mədəniyyətini, üslubunu müəyyənləşdirən milli xarakterin əsas çalarları üzə çıxarılıb. Bundan başqa,  monoqrafiyada kommersiya təşkilatlarının biznes hədəflərinə nail olmaqda maddi amillərlə yanaşı, sosial və mədəni amillərin yeri və rolu sərgilənib, onların müasir dövrdə şirkətin bazar kapitallaşmasına necə təsir etməsi texnologiyası elmi və praktiki cəhətdən tədqiq edilib. Monoqrafiyada həmçinin şirkətin rəqabət qabiliyyətliliyinə, əmtəə və xidmətlərinin nüfuzuna mücərrəd, amma çox vacib olan imkanlardan: komplimentarlıq, korporativ mədəniyyət, korporativ ruh, korporativ etika və sosial məsuliyyətdən bəhs olunub.

Monoqrafiya Sankt Peterburq Dövlət İqtisad Universitetində nəşr olunub.

TOP XƏBƏRLƏR