A

UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzində dual dərs keçirilib.

Qiyabi təhsil şöbəsinin tələbələri üçün “Enerji sektorunun dövlət tənzimlənməsi” mövzusunda təşkil olunan dərsi mərkəzin direktoru Səbuhi Tanrıverdiyev və “Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti Azər Mehtiyev birlikdə  keçib.

Səbuhi Tanrıverdiyev ölkə iqtisadiyyatında yanacaq enerji kompleksinin strukturundan və fəaliyyətinin əhəmiyyətindən, dövlətin enerji siyasətinin prioritet vəzifələrindən, ölkənin enerji təhlükəsizliyi məsələləri və onun təmin olunması prinsiplərindən, eləcə də Azərbaycanda enerji təhlükəsizliyinin təmini məqsədi ilə dövlətin həyata keçirdiyi daxili və xarici siyasətdən danışıb.

Dosent Azər Mehtiyev isə Azərbaycanın son illər üzrə enerji balansı əsasında enerji məhsullarının istehsal, idxal və ixrac vəziyyəti, elektrik enerjisinin mənbələr üzrə istehsalı, iqtisadi fəaliyyət növləri üzrə elektrik enerjisinin və neft məhsullarının son istehlakı barədə ətraflı məlumat verib. Həmçinin alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə dünyada və Azərbaycanda son vəziyyətlə bağlı göstəricilərin statistik müqayisəsini təqdim edib.

Qeyd edək ik, tələbələr tərəfindən maraqla qarşılanan dual dərslər DQƏTM-də ənənə halını alıb və mütəmadi olaraq məşğələ-mühazirə sessiyası dövrü təşkil edilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay