A

UNEC-in gənc müəllimlərinin analitik məqaləsi Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Tədqiqatlar Proqramının birgə nəşri  olan “The Turkey Analyst”də dərc edilib.

UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının (ingilis dilli) müəllimi Turan Süleymanov və “İqtisadiyyat və biznesin idarəedilməsi” kafedrasının müəllimi Bəhruz Babayevin həmmüəllifi olduqları “Türkiyə Azərbaycanın sadiq tərəfdaşı” adlı məqalədə Azərbaycan-Türkiyə arasında iqtisadi və geosiyasi əlaqələr təhlil edilərək, iki ölkə arasındakı strateji-iqtisadi əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Məqalədə hər iki ölkənin regionda həyata keçirdiyi meqalayihələr və bu layihələrin həmin ölkələrin iqtisadiyyatındakı rolundan bəhs olunub. Müəlliflər ölkələr arasında mövcud olan strateji və iqtisadi münasibətlərin regionda sülhün qarantı kimi çıxış etdiyini diqqətə çatdırıblar. Bundan başqa, Türkiyənin Mərkəzi Asiya ölkələri ilə gələcəkdəki iqtisadi əməkdaşlığı və Türkiyənin İpək Yolunun Orta Korridor layihəsində Azərbaycanın oynadığı xüsusi rolunun önəmi qeyd edilir.

“The Turkey Analyst” Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmalar Proqramının birgə tədqiqat mərkəzinin nəşridir. Mərkəz Amerika Xarici Siyasət Şurası (American Foreign Policy Council) və İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutu (Institute for Security and Development Policy) ilə əlaqəlidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay