A

Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat və statistika” kafedrasının məsləhətçi-professoru, texnika elmlər doktoru Məmməd Məmmədov vəfat edib.

Məmmədov Məmməd 1937-ci ildə Fizuli rayonunun Qarakollu kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirdikdən sonra, həmin il Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakultəsinə qəbul olmuşdur. 1960-cı ildə universiteti bitirərək aspiranturaya daxil olmuş, 1960-1963-cü illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir. 1963-cü ildə Azərbaycan Politexnik İnstitunun “Ali riyaziyyat” kafedrasına müəllim təyin olunmuş,
1964-cü ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır.  O, 1986-cı ildə doktorluq dissertasiya işini müdafiə edərək, texnika elmləri doktoru adını almışdır.

1966-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasında  çalışmağa başlayan Məmməd Məmmədov, müxtəlif illərdə bu ali təhsil ocağında assistent, baş müəllim, dosent, professor vəzifələrində işləmişdir. Çalışdığı dövrdə kolektivin və tələblərin böyük hörmətini, sevgisini qazanmışdır.

M.Məmmədov elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğul olmuşdur. O, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə millət vəkili seçilmiş, 1995-2000-ci illərdə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini və sədri vəzifələrində işləmişdir.

2002-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

Professor Məmməd Məmmədov 27 noyabr 2020-ci ildə vəfat etmişdir.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay