Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün xarici dil (ingilis dili) müəllimi vəzifəsi üzrə vakansiya elan edir. Arzu edənlər CV-lərini və təsdiqedici sənədləri 15 iyun 2021-ci il tarixinə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər.
TƏLƏBLƏR:
- İxtisas üzrə magistr dərəcəsi;
- Beynəlxalq dil sertifikatları, xüsusilə IELTS 6 (yazı və danışıq göstəricisi minimum 6.5), TOEFL (min 70);
QEYD: Aşağıda göstərilən bilik və bacarıqları olan namizədlərə üstünlük verilir
- Pedaqoji təcrübə
- İnnovativ tədris və təlim metodarından istifadə bacarığı;
- Pozitiv, kommunikativ və komanda ilə işləmə bacarığı;
- Kompüter istifadəsi bacarığı (ofis proqramları, onlayn tədris və biliyin qiymətləndirilməsi platformaları).