A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) populyar yumorist Fərda Amin və Elvin İbrahimzadə ilə görüş keçirilib.

Tələbə Gənclər Təşkilatının təşkil etdiyi görüşdə aktyorlar öz sənət yollarından, karyeralarında qarşılarına çıxan problemlərdən və onları necə həll etmələrindən danışıblar. Tələbələr əsasən Azərbaycanda “stand up” və “vine” janrının inkişafı barədə suallar veriblər.

Görüşdə Fərda Amin “stand up” şousundan qısa səhnələr ifa edib. Sosial şəbəkələrdə “vine” janrı ilə gənclər arasında şöhrət qazanan Elvin İbrahimzadə isə UNEC ilə bağlı hazırladığı videoçarxı nümayiş etdirib. E.İmrahimzadə görüşdən xatirə “vine”si də çəkib.

Fərda Amin görüşdə fəal iştirak edən tələbələrə özünün “Selfinaz” adlı “stand up” filminə bilet hədiyyə edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR