A

Xəzər Universiteti  Mədəniyyət Mərkəzində dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında səhnələşdirilən tamaşada anşlaq olub. Tələbələrin quruluşunda və ifasında hazırlanan tamaşa böyük maraqla qarşılanıb. UNEC Yaradıcılıq Mərkəzinin  üzvləri Aslan Əzimzadə (Şeyx Əmiri) və Nicat Tarverdiyevin(Məcnun) yaratdığı obrazlar sənətşünaslar  tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı da tamaşaya gələrək gənclərə dəstək olub. UNEC müəllim-tələbə heyəti tələbələrin çıxışını salonda coşqu ilə izləyib. Tamaşanın finalı bir neçə dəqiqə alqışlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay