A

Yanvarın 17-də Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov UNEC-in İqtisadiyyat fakültəsinin tələbəsi Aslan Əzimzadəni təşəkkürnamə ilə təltif edib.

UNEC tələbəsi Qırğızıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr edilən tədbirdə fəal iştirakına görə təşəkkürnamə ilə mükafatlandırılıb. Qeyd edək ki, tədbir ötən ilin oktyabr ayında keçirilib. A.Əzimzadə tədbirdə Qırğızıstanın dövlət himnini səsləndirib. Bu barədə Qırğızıstan mətbuatında xəbər dərc edilib:

Киргизы в Баку: Гимн, «Базар-пассаж» и юртаВ Баку певец Аслан Азимзаде исполнил гимн Кыргызстана Yüksək vokal imkanlarına malik A.Əzimzadə UNEC-in Yaradıcılıq Mərkəzinin üzvüdür.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR