A

UNEC tələbələri “Tələbə baharı” X Ümumrespublika tələbə yaradıcılıq festivalında uğurlu çıxış ediblər.

Festivalda Mərkəzin üzvləri musiqi və rəqs nömrələri ilə UNEC-i təmsil ediblər. Kəmaləddin Məmmədovun səsləndirdiyi “Ötən günlərimi qaytaraydılar” mahnısı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək estrada nominasiyası üzrə 1-ci yerə layiq görülüb.

Mərkəzin “Buta” rəqs qrupunun üzvləri Günay Tağıyeva, Turanə Əliyeva və Günel Tanrıverdiyeva müasir rəqslər nominasiyası üzrə festivalda ikinci yeri qazanıb.

Gənclər və idman naziri Əbülfəs Qarayaev, millət vəkilləri və dövlət rəsmilərinin qatıldığı tədbirdə Azərbaycanın 25-dək ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiyalar üzrə istedadını nümayiş etdirib.

Festivalın məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, yaradıcı və istedadlı gəncləri aşkara çıxarmaq, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Tələbələrimizi təbrik edirik!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR