A

UNEC-də Xocalı faciəsinə həsr olunan “Sonsuz Dəhliz” filmi nümayiş olunub.

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov tələbələrə məlumat verib ki, film bu günədək “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində bir sıra ölkələrdə, o cümlədən 60-dan artıq kino festivallarda nümayiş etdirilib, ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafatı”na layiq görülüb. Madrid Tenerife Beynəlxalq Film Festivalında isə “Sonsuz dəhliz” filmini “Ən Yaxşı Sənədli Film” və “Ən Yaxşı Sənədli Film Rejissoru” nominasiyası üzrə qalib elan olunub. Bu günə qədər “Sonsuz dəhliz” filmi yarım milyard insana təqdim edilib.

Filmdən sonra UNEC tələbələri “Sonsuz dəhliz” filminin çəkilməsində göstərdiyi təşəbbüsə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR