A

1969-cu ildə UNEC-in tərkibində (o vaxtkı Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) yaradılan "Xürrəmilər” (Xurramitı) ansamblı haqqında Lider TV-də veriliş efirə gedib. Ansamblın yaradıcılarından olan, UNEC Marketinq və Kommunikasiya Departamentinin baş mütəxəssisi, qrupun ifaçısı, “Qızıl Qələm” festivalının qalibi Rizvan Mehdiyev “Azərbaycan Estrada Tarixi” verilişində o dövrün tanınmış qrupu haqqında məlumat verib.

Qeyd edək ki, bir çox festivallarda iştirak edən qrupun əsas repertuarını əcnəbi mahnılar təşkil edib. Onlar çox məharətlə həmin dövrdə məşhur olan mahnıları təkrarlaya biliblər. Bundan başqa, qrup milli mahnıları da rok janrında ifa edib. Qrup ilk dəfə "Bakı, sabahın xeyir” mahnısı ilə efirə çıxıb.

VİDEO

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay