A

Görkəmli pianoçu, Ü.Hacıbəyli adına

Bakı Musiqi Akademiyasının

rektoru, xalq artisti, professor

Fərhad Bədəlbəyli

M.Maqomayev adına

Azərbaycan Dövlət Filarmoniyasında

UNEC kollektivi üçün xüsusi konsert proqramı ilə çıxış edib.

Konsertdən öncə UNEC-in rektoru, professor

Ədalət Muradov

Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən canlı korifey Fərhad Bədəlbəyliyə UNEC kollektivinə göstərdiyi bu diqqətə görə təşəkkürünü bildirib.

Konsertdə xalq artistini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsertin ikinci hissəsində F.Bədəlbəyli ilə birgə pianoçu, xalq artisti Murad Adıgözəlzadə də çıxış edib. Xalq artisti Yalçın Adıgözəlov və gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə reallaşan konsertdə Corc Qerşvinin və Sergey Raxmaninovun əsərləri səsləndirilib.

UNEC-in professor, müəllim və tələbə heyəti konsert proqramından böyük təəssüratla ayrılıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay