A

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə UNEC-in Zaqatala filialında “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctımai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, filialın rektoru, professor Orucəli Rzayev, müəllimlər və tələbələr iştirak ediblər.

S.Tahirzadə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən “Şəhadət” sənədli filmi haqqında məlumat verib. Bildirib ki, filmin çəkilməsində məqsəd gənclərə vətənpərvərlik hissini aşılamaq və onları zərərli dini vərdişlərdən qorumaqdır.

Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay