A

UNEC-də xalq şairi 

Məmməd Araza

həsr olunmuş poeziya gecəsi keçirilib.

UNEC-in 

İqtisadiyyat

fakültəsində keçirilən tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunub. Fakültə dekanı, dosent 

Asiman Quliyev

görkəmli şairin şərəfli və keşməkeşli həyat yolundan söz açıb. 

İqtisadi nəzəriyyə

kafedrasının dosenti 

İsa Məmmədov

Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu bildirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin

(ADMİU) “Səhnə danışığı” kafedrasının dosenti, əməkdar artist Ağalar Bayramov ölməz şairin şeirlərini səsləndirib.

Poeziya gecəsində Moskva “Dərviş” teatrının aktyoru Şirzad Pirallahi və ADMİU-nun I kurs tələbəsi Fərid Bağırov, eləcə UNEC-in tələbələri M.Arazın şeirlərini söyləyib, onun sözlərinə yazılan musiqiləri ifa ediblər. UNEC-in I kurs tələbəsi, gənc muğam ifaçısı Yusif Cəfərzadənin ifası tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

UNEC tələbələrinin ifasını yüksək qiymətləndirən A.Bayramov onların bu sahədə akademik təhsil alan qiraətçilərdən heç nə ilə geri qalmadıqlarını bildirib.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR