A

UNEC-in tələbələri Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində olublar.

UNEC-in “Azərbaycan dili” kafedrasının dosenti Gülbəniz İsmayılzadə Maliyyə və mühasibat fakültəsinin tələbələrinə böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı, Cavidlər ailəsi barədə məlumat verib, görkəmli sənətkarın ölməz əsərlərinin əhəmiyyətini vurğulayıb.

Sonra tələbələr muzeydəki eksponatlarla tanış olublar.

Qeyd edək ki, UNEC-də görkəmli şair-filosof, dramaturq H.Cavidin 135 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay