A

UNEC-in kollektivi “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyində daun sindromlu uşaqlarla görüşüb.

Əmtəəşünaslıq fakültəsinin təşəbbüsü ilə keçirilən görüşdə UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, fakültə dekanı, dosent Tofiq Osmanov, “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri, dosent Zabit Aslanov və “İstehlak mallarının ekspertizası” kafedrasının dosenti Azər Hüseynov Novruz bayramı münasibətilə uşaqları təbrik ediblər.

Sonra UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri və Daun sindromlu uşaqların iştirakı ilə Novruz şənliyi qeyd edilib.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR